94 yaşlı aktrisa ana olacaq - FOTO
16 aprel 2011 16:21 (UTC +04:00)

94 yaşlı aktrisa ana olacaq - FOTO

0
Aktrisa və onun 9-cu həyat yoldaşı, 67 yaşlı Prens Fredrix Van Anhalt bunun üçün hazırlıqlara başlayıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Van Anhalt sperma və qan vermək üçün klinikaya gedib, orada surroqat ana tapıb. Övlad sahibi olmağı hələ 25 il əvvəl, yeni evləndikləri vaxtdan arzulayan cütlük yanvar ayında bu mövzunu təkrar gündəmə gətirib və qərara gəlib ki, uşaq sahibi olsun.


Qeyd edək ki, Qabor 2002-ci ildə avtomobil qəzası keçirib və o vaxtdan yeriyə bilmir. Bu yaxınlarda isə onun ayağının biti kəsilib. ayağındakı yaraya görəVan Anhalt həyat yoldaşının səhhətini yaxşı olmadığını, ölümündən öncə körpəni görməsini, onun ağladığını eşitmək istədiyini deyib. Həyat yoldaşı körpələrinin gələcəkdə çətinlik çəkməyəcəklərini, maddi təminatlarının olduğunu da vurğulayıb.


Qaborun “Hilton Otelleri”nin yaradıcısı Konrad Hiltondan olan yeganə övladı Françeska Hilton isə anasının bu arzusunu təəccüblə qarşılayıb: “Biz hələ Van Anhaltın anam öldükdən sonra bədənini mumiyalayıb sərgilənməsi ideyasına qarşı mübarizə aparırıq. Görəsən, bundan sonra hanı çılğın təklifləri olacaq?
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 770

Oxşar yazılar