Novruz bayramında İrandan Ermənistana 25 min turist gedib
16 aprel 2011 12:54 (UTC +04:00)

Novruz bayramında İrandan Ermənistana 25 min turist gedib

Ermənistana siyasi və iqtisadi dəstəyini açıq şəkildə göstərən İran turizm sahəsində də bu ölkənin ən yaxın tərəfdaşları sırasında yer alır. Hazırda Ermənistana gələn xarici turistlərin içərisində say çoxluğuna görə ilk yerdə dayanan iranlıların sayı ilbəil artmaqdadır.

Lent.az xəbər verir ki, Ermənistan İqtisadiyyat Nazirliyinin Turizm və İqtisadi İnkişaf İdarəsinin açıqladığı son statistikaya görə, bu ilin 3 ayında Ermənistana İrandan 31700 turist gəlib. Maraqlısı isə odur ki, bu qədər turistdən 25 min nəfəri Ermənistana xristian dünyasının, özəlliklə də ermənilərin qeyd etmədiyi Novruz bayramı günlərində gəlib.

Ötən ilin ilk üç ayında Ermənistana 28 min, 2010-cu ildə isə ümumilikdə 120 min iranlı turist səfər edib. Aparılan sorğu zamanı turistlərin böyük əksəriyyətinin 30-40 yaş arasında olduğu, 70 faizinin isə ailələri ilə birgə səfər etdiyi məlum olub. Hər bir iranlı turist 10 günlük səfər müddətində Ermənistan büdcəsinə 1600 dollar xeyir verib.
Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 719

Oxşar yazılar

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı,  həbs olunmadı

Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı

26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu  fəaliyyətə başlayır

Dünyada ilk kabab institutu fəaliyyətə başlayır

26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi

Bu müsəlman ölkəsi niqabı qadağan etdi

26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər  öldü

Avtobus aşdı, 15 nəfər öldü

26 iyul 2025 , 09:24
Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

26 iyul 2025 , 06:52
Hər il 20 min insana   çip taxılacaq

Hər il 20 min insana çip taxılacaq

26 iyul 2025 , 05:51