Hamamda ailə qətliamı: 10 ölü - FOTO
0
0
Lent.az-ın “Xinhua” agentliyinə istinadən verdiyi məlumata görə, qətli avtoservis və hamam müəssisəsi sahibinin törətdiyi ehtimal olunur.
Hadisə Çinin şimal-şərqindəki Lyaonin əyalətində Anşan şəhəri yaxınlığında olan Ertaytzı kəndində baş verib. Hamam kompleksi ərazisindəki olayda 10 nəfər ölüb. Polis 33 yaşlı biznesmen Çjou Syunyanı həbs edib. Qanlı divantutmanın səbəbinin ailə çəkişməsi və ya qısqanclığın ola biləcəyi ehtimal edilir. Ölənlər arasında həbs olunanın həyat yoldaşı, oğlu və atası da var. Qatilin əli hamamın qadın işçisi, hamamı icarəyə verənin ailə üzvləri və yaxınlıqdakı avtoyuma əməkdaşlarının da qanına batıb. İlkin məlumatlara əsasən, ailə mübahisəsinə nikahdankənar əlaqə səbəb ola bilər.
Qeyd edək ki, Çində belə kütləvi qətllər nadir hallarda baş verir. Adətən, bunu hökumətin silahla davranışa sərt nəzarəti ilə əlaqələndirirlər. Lakin 2010-cu ilin martından etibarən məktəblərə hücumlar qeydə alınıb. Həmin vaxt 27 nəfər ölüb, 80-i yaralanıb. Kommersantın hansı silahdan yararlandığı hələlik məlum deyil.