Argentinanın sonuncu diktatoru ömürlük həbs cəzası aldı
0
0
Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, onun barəsində ömürlük həbs cəzası çıxarılıb.
İstefada olan general Binone hərbi xuntanın sonuncu lideri olub. O, 1983-cü ildə hakimiyyəti prezident Raul Alfonsinin mülki hökumətinə təhvil verib.
83 yaşlı keçmiş diktator adam oğurluğu, işgəncələr və rejimin əleyhdarlarının ölümündə günahkar bilinib. Qeyd edək ki, Argentina məhkəməsi bir il əvvəl onun barəsində 25 il həbs cəzası çıxartmışdı.
Rəsmi məlumatlara görə, diktatura rejimi illərində Argentinada 18 min adam yoxa çıxıb. Hüquq mühafizəçiləri isə rejimin qurbanlarının 30 min nəfər olduğunu bildiriblər.