ŞOK! Moskvada gizli yeraltı qul şəhəri tapıldı –  - FOTO
14 aprel 2011 11:02 (UTC +04:00)

ŞOK! Moskvada gizli yeraltı qul şəhəri tapıldı – - FOTO

Moskvanın mərkəzində, zavod ərazisində, yerin 15 metr dərinliyində yüzlərlə miqrantın qul kimi çalışdığı gizli şəhər aşkarlanıb. Lent.az-ın “lifenews”ə istinadən verdiyi məlumata görə, miqrantlar gizli müdafiə müəssisəsində çalışırlarmış.

Yeraltı məscid, yeməkxana, kişi və qadın baraklarını Rusiya Federal Təhlükəsizlik Xidmətinin, Federal Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları aşkar ediblər. Maraqlıdır ki, Doroqobujsk küçəsindəki ciddi rejimli müəssisə barədə artıq çoxdandır ki, söz-söhbət gəzirmiş.

Yerli sakinlərdən biri etiraf edib ki, müdafiə təyinatlı zavodun altında miqrantların şəhərciyi barədə çoxdan eşidiblər: “Amma onları çox az-az görürdük. Deyilənə görə, onları içəridən buraxmırlarmış”.

Dörd metrlik divar, tikanlı məftillə əhatə edilən zavod həqiqətən də alınmaz qalaya oxşayırmış. Amma polis və FTX əməkdaşları hücumla bir neçə dəqiqəyə gizli şəhəri ələ keçiriblər. Mühafizə xidmətinin müqavimətini qıran hüquq-mühafizə orqanları hələ Stalinin vaxtında tikilən, gözə çarpmayan bomba sığıncağına giriblər. İçəridən heç kimin çıxa bilməməsi üçün sığınacağın dəmir qapıları kip bağlanıbmış.

Yerin altındakı 200 kvadrat metrlik ərazidə isə həyat qaynayırmış. Aşağıda heç kimin hücumdan xəbəri olmayıb. Mərkəzi Asiya respublikalarının vətəndaşları yemək bişirirlərmiş, məscidə çevirdikləri xüsusi otaqda namaz qılırlarmış. Amma onların çoxu iş günündən sonra dincəlirmiş. Yeraltı bunkerin bütün otaqlarında ikimərtəbəli çarpayılar olub.

Daxili İşlər Nazirliyinin əməkdaşı etiraf edib ki, belə məhdud ərazidə bu qədər adamın yaşadığını ağıllarına belə gətirə bilməyiblər: “Orada elə bir natəmizlik var idi ki, adam özündən gedə bilərdi”.

Amma bəzi otaqlarda təmiz çarpayılar və hətta televizor olub. Güman edildiyinə görə, bu otaqlarda mühafizəçilər, işçilərin briqadirləri və yeraltı şəhərin rəhbərliyi yaşayırmış.

Miqrantların hamısı gündə bir neçə növbə olmaqla çalışırmış. Onların hamısı mütəxəssislər olub.

Polis əməkdaşları müəssisənin ülgüc və tikiş maşınları üçün iynə istehsalı ilə məşğul olduğunu iddia edib. Amma əslində, yeraltı şəhərdə Rusiya Müdafiə Nazirliyinin yüksək texnologiyalı layihələri həyata keçirilirmiş.

İşçilər bildiriblər ki, yeraltı müəssisədə məşhur “İqla” daşınan zenit-raket kompleksinin detallarını hazırlayıblar. Belə bir müəssisənin necə yarandığı, maneəsiz fəaliyyət göstərdiyi və xaricilərin ora buraxıldığını xüsusi xidmət orqanları araşdıracaqlar.

Faktla bağlı cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1159

Oxşar yazılar