Sunami bütöv kəndi adamlarla birgə ağuşuna alır – ŞOK VİDEO
0
0
Lent.az-ın məlumatına görə, bu kadrlar faciənin miqyasını tam çılpaqlığı ilə ortaya qoyur.
Sonuncu videolardan biri Miyaqi prefekturasının Minamisanriku kəndində çəkilib. Vaxtında təpəyə qalxmağa macal tapan kənd sakinlərindən biri aşağıda baş verənləri videoya çəkib.
İlk saniyələrdə üfüqdə sarı rəngli toz dumanı görünür və adama elə gəlir ki, güclü külək qumu havaya qaldırıb. Amma az sonra bunun sunami olduğu aydın görünür. Nəhəng dalğa saniyələr ərzində bütöv kəndi ağuşuna alır və evləri kibrit qutusu kimi dağıdır. Arxa kadrlarda heç bir şeydən xəbəri olmayan sərnişin dolu avtobusun şütüdüyü görünür. Sunami yaxınlaşdıqca, mənzərə daha da gərginləşir. Təpənin yaxınlığında yerləşən evlərin sakinləri sunaminin yaxınlaşdığını görərək qaçıb canlarını qurtarmağa cəhd edirlər. Onların bəziləri canlarını qurtara bilməyərək, okean sularında qərq olur...