Məşhur rimantidin dərmanının yaradıcısı aclıqdan öldü
13 aprel 2011 13:46 (UTC +04:00)

Məşhur rimantidin dərmanının yaradıcısı aclıqdan öldü

Polisin ölümü ilə bağlı xəbəri Riqadakı Şərq xəstəxanasının direktoru Viesturs Boka da təsdiq edib. O, əczaçının Bikernieki klinikasında müalicə olunduğunu bildirib. Onun aclıqdan öldüyü bildirilsə də, ölümün dəqiq səbəbləri ilə bağlı daha sonra məlumat veriləcək.

Polis son illər qocalar evində saxlanılırmış. Bu ilin martın 19-da onu ağır vəziyyətdə Latviya xəstəxanalarından birinin reanimasiya şöbəsinə yerləşdiriblər. Həkim Qalina Malkiela bildirib ki, Polis son dərəcə zəif vəziyyətdə xəstəxanaya çatdırılıb. Buna onun doyunca yeməməsi səbəb olub.

Xəstəxanaya düşməmişdən öncə rimantadinin yaradıcısı maliyyə köməyi ilə bağlı “Olainfarm” şirkətinə müraciət edib. Bu şirkət Polisin icad etdiyi dərmanı istehsal edir. Şirkət rəhbərliyi söz versə də, alimə maddi kömək göstərilməyib.

Rimantadin qripin müalicəsi və profilaktikası üçün dünyanın bir çox ölkələrində istifadə olunur. Dərman virusların nəfəs yollarına daxil olmasının qarşısını alır. Rimantadinin orijinal sintezi ilə bağlı patent Yanis Polisə 199-cu ildə təqdim olunub. 2008-ci ildə isə Ümumdünya İntellektual Mülkiyyət Təşkilatı innovasiya fəaliyyətinə görə Polisə mükafat verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715

Oxşar yazılar