İran rejimi üçün Tunis nümunəsi
13 aprel 2011 12:14 (UTC +04:00)

İran rejimi üçün Tunis nümunəsi

0
Baş verənlər bir daha sübut etdi ki, bu proses diktaturanın iddiası ilə qarşılaşanda ən çox adi insanlar əzab çəkir, dövlət talan olunur.

Bir müddət öncə məlumat vermişdik ki, İran İslam Respublikası sərhədlərin təhlükəsizliyi çərçivəsində hava nəzarəti sistemini yeniləşdirmək niyyətindədir. İnqilab Keşikçiləri Qvardiyasının sərhəd polisi komandanı general Hüseyn Zülfiqari bildirmişdi ki, bu məqsədlə sərhəddə Hava Hücumundan Müdafiə yeni bazaları quracaq.

Ötən gün isə İranın Quru Qoşunları komandanı, general Əhmədrza Purdəstan bütün sərhəd bölgələrində ordu hissələrinin yerləşdiriləcəyini bəyan edib.

Əhmədrza Purdəstan bildirib ki, bəzi qüvvələr bölgədə “İranofobiya siyasəti” yeridir, onu şiddətləndirir: “İran İslam Respublikası yeni təhdidlərlə üz-üzə qalıb. Bu təhdidlər növünə, formasına və ölçüsünə görə əvvəlki təhdidlərdən fərqlənir. Elə buna görə də bundan sonra ordu daha çevik xarakter alacaq, bütün sərhədlərdə ordu hissələri yerləşdiriləcək və bütün sərhəd zonalarında yeni hərbi qərargahlar tikiləcək”.

Bu cür çıxışlar ölkənin ali qanunverici orqanının təmsilçiləri tərəfindən də edilməkdədir.

İran parlamentinin üzvü Ruhullah Hüseynian bu günlərdə jurnalistlərə açıqlamasında prezident Mahmud Əhmədinejad hökumətinin Bəhreyndə baş verən olaylarla bağlı mövqeyini tənqid edib. O deyib ki, İran Səudiyyə Ərəbistanının Bəhreynə hərbi qüvvə göndərməsi qarşısında hərbi seçim barədə də düşünməlidir: “Bizim xarici siyasətin bölgədə baş verən dəyişikliklərdən geri qaldığını deyənlərin nigarançılığı əsassız deyil. Səudiyyə Ərəbistanı Krallığının Bəhreynə qoşun yeridib, bu ölkənin müsəlman əhalisini kütləvi qırğına məruz qoyması qarısında daha qətiyyətli mövqe tutmalı idik.
Hətta hesab edirəm ki, İran hökuməti məsələyə obyektiv yanaşmaqdan çəkinməməlidir. Bir halda ki Səudiyyə Ərəbistanı hökuməti Bəhreynə qoşun çəkir, biz də öz hərbi qüvvələrimizi hazır vəziyyətə gətirməli, Səudiyyə Ərəbistanı sərhədlərinin bizə yaxınlaşmasına icazə verməməliyik”.

Oxşar çıxışı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həsən Firuzabadi jurnalistlərə açıqlamasında səsləndirib. Firuzabadi deyib ki, Səudiyyə Ərəbistanı Bəhreynə hərbi qüvvəni ABŞ-ın tapşırığı ilə yeridib: “Səudiyyə Ərəbistanının Bəhreynə hərbi müdaxiləsi onun yol verdiyi ən böyük səhvidir. Bəhreyn xalqına qarşı bu zülm onların süqutunu sürətləndirəcək.
Bəhreyn xalq 30 ildir ki, zülm və təzyiq altında olub. İndi Allahın iradəsi belədir ki, onların üstündən bu təzyiq götürülsün. Ən yaxşı işi Tunis prezidenti etdi - bir gecənin içində çıxıb getdi. Bunlar da (Bəhreyn rəhbərliyi) həmin işi etməli idilər. Nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaq onlara bədbəxtlik və üz qaralığından başqa bir şey gətirməyəcək. Onlar bu hərəkətləri ilə özlərini biabır edir, öz işlərini ağırlaşdırırlar”.

Bu sayaq çıxışlar İraqla savaş zamanı İran İslam Respublikasının banisi sayılan ayətullah Xomeyninin məlum bəyanatını xatırladır. O demişdi ki, Nəcəf və Kərbəlanı “kafirlərdən azad etdikdən sonra Qüdsü və Məkkəni azad edəcəyik”.

Odur ki, Tehran rəsmilərinin bu sayaq bəyanatlar verməsini təbii qəbul etmək olar. Çünki bu rejimin mayasında savaş durur.

Firuzabadinin Tunis prezidenti ilə bağlı dediklərini Tehran hakimiyyətinə də şamil etmək olar: 32 ildir, 80 milyon insanı zülm və zillət altında saxlayır, hər addımbaşı haqlarını tapdayırsınız. Qansız-qadasız, bəlkə sizlər də bin Əlidən ibrət götürəsiniz.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 602

Oxşar yazılar