Belarus: Müstəqillik dövrünün terror aktları
12 aprel 2011 21:47 (UTC +04:00)

Belarus: Müstəqillik dövrünün terror aktları

0
Çünki Azərbaycan müstəqilliyini əldə etməsindən bəri erməni terrorundan əziyyət çəkir. Lent.az-ın məlumatına görə, Belarusda isə müstəqillik dövründə cəmi 2 terror aktı baş verib.

Belarus geridə qalmış ölkə hesab edilmir. Ölkənin ağır sənayesi hər zaman onun üzünü ağardıb.

Aleksandr Lukaşenkonun idarə üslubu bir çoxlarına xoş gəlməsə də, ölkədə sabitlik mövcuddur. Qonşu Rusiya ilə müqayisədə Belarus təhlükəsiz ölkədir. Moskva və Sankt-Peterburqdan fərli olaraq, əcnəbilər Minsk və Qomeldə rahat hərəkət edə bilir. Belarus polisi moskvalı həmkarlarından fərqli olaraq qafqazlılara “ilişmir”.

Belarus əhalisi müstəqillik dövründə terror və müharibə fəlakəti yaşamayıb. Ölkə tarixində ilk terror aktı 2008-ci il iyulun 3-dən 4-nə keçən gecə, müstəqillik bayramı zamanı baş verib. Əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində 50-dən çox insan xəsarət alıb. Partlayıcı qurğu Lukaşenkonun əyləşdiyi tribunanın altına yerləşdirilibmiş. Dövlət başçısı isə ona qarşı belə bir terror aktının hazırlanacağını təsəvvür etmədiyini bildirib (BELQA agentliyi).

Sonuncu terror aktı isə dünən axşam metronun “Oktyabrskaya” stansiyasında baş verib. Bu terror aktı isə 12 nəfərin həyatına son qoyub, 160 insan xəsarət alıb. Bu həm də Minsk metropolitenində ilk böyük faciədir.

1984-cü ildə açılan Minsk metropoliteni ümumi uzunluğu 30 km olan 2 xətdən və 25 stansiyadan ibarətdir. Sərnişin sıxlığına görə Minsk metrosu MDB-də ikincidir.

Metroda ilk böyük qəza 2009-cu ilin yayında baş verib. Leysan yağışlar zamanı metro stansiyalarına su dolması nəticəsində texniki problemlər yaranıb. Sərnişinlər təxliyə olunub və metro fəaliyyətini bir-neçə saat sonra bərpa edib. Xəsarət alan olmayıb.

Vüqar Ələsgərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 588

Oxşar yazılar