Belarusda metronu partladan da “qafqazlı” çıxdı - FOTO
12 aprel 2011 15:46 (UTC +04:00)

Belarusda metronu partladan da “qafqazlı” çıxdı - FOTO

Lent.az-ın məlumatına görə, yerli polisdən “Life News”a bildirilib ki, terrorçunun gözləri kifayət qədər dardır.

O, qafqazlı görkəmindədir, başında göy rəngdə toxunma papaq, güman ki, yanağında tük varmış. Əynindəkilərin hamısı tünd rəngdə, əlində isə qara çanta olub.

Belarusun daxili işlər naziri Anatoli Kuleşov da şübhəli şəxslərin fotorobotunun olduğunu təsdiqləyib. Bununla yanaşı, təhqiqatçılar metropoliten videokameralarının çəkilişlərini də öyrəniblər. Obyektivlərə terrorçulardan biri düşüb. Dövlət Təhlükəsizlik Komitəsinin Minsk şəhəri və Minsk vilayəti üzrə idarəsi hələ səhər saatlarında terrorçuların bir neçə nəfərdən ibarət olduğunu bəyan edib. Komitədən bildiriblər ki, Minskin mərkəzindəki “Oktyabrskaya” metro stansiyasında baş verən terrorla əlaqəli ola biləcək bir neçə şəxsin adları məlumdur. Lakin istintaq davam etdiyi üçün onların yaşları və adları açıqlanmayıb.

Partlayış aprelin 11-də axşam saat 6 radələrində baş verib. Terror aktı nəticəsində 12 nəfər ölüb, 157-si yaralanıb. Ekspertlərin fikrincə, radio ilə idarə olunan bombanın gücü 5 kq trotil ekvivalentində olub. Terrorçu onu stansiya platformasında oturacaqlardan biri qarşısında qurub.

Qılafsız partlayıcı qurğu metal elementlərlə - kəsilmiş armatur, 80 X 8 mm-lik mıx və 15 mm diametrli metal kürəciklərlə yamaqlanıb. Belarus milis idarəsinin əməkdaşları hazırda ölkəyə gələn və gedən bütün şəxsləri hərtərəfli yoxlayır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 709

Oxşar yazılar