Nyu-Yorkda iki təyyarə toqquşdu
12 aprel 2011 13:48 (UTC +04:00)

Nyu-Yorkda iki təyyarə toqquşdu

Lent.az-ın “hebertürk”ə istinadən verdiyi məlumata görə, Con Kennedi hava limanında “AİR France”yə məxus təyyarə ölkə daxili reysi həyata keçirən və “Comair” şirkətinə aid digər təyyarəyə çırpılıb.

Qəza zamanı bir təyyarənin qanad hissəsi ilə digərinin quyruq hissəsi bir-birinə toxunub. Bu səbəbdən də sərnişinlər arasında zərər çəkən olmayıb.

ABŞ mülki hava administrasiyasının nümayəndəsi faktı təsdiqləyib. Məsələ ilə bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404

Oxşar yazılar