Minsk metrosunda terror aktını törədən şəxs müəyyənləşib
12 aprel 2011 10:29 (UTC +04:00)

Minsk metrosunda terror aktını törədən şəxs müəyyənləşib

0
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus Dövlət Təhlükəsizlik Xidmətindən bildiriblər.

DTK-nın məlumatında qeyd edilir ki, terror aktını həyata keçirən şəxslə bağlı məlumat əldə olunub: “Hazırda onun axtarışları davam edir”.

Digər təfərrüatları məlum deyil.

Xatırladaq ki, partlayış yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00-də) Minsk metrosunun “Oktyabrsk” stansiyasında həyata keçirilib. Terror aktı nəticəsində 11 nəfər ölüb, 150-yə yaxın adam yaralanıb.

Terrorçular bombanı stansiyadakı skamyanın altında gizlədiblər. İlkin məlumata görə, partlayıcı qurğunun gücü 5-7 kiloqram trotilə bərabər olub. Partlayış nəticəsində bir metrlik çuxur əmələ gəlib. Partlayıcı qurğunun içinə metal əşyalar doldurulubmuş.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 583

Oxşar yazılar