Ötən il dünyada silahlanmaya 1,6 trilyon dollar xərclənib
Dünya üzrə hərbi xərclərin 2009-cu illə müqayisədə artım tempi 1,3% və ya 20,6 milyard dollar təşkil edib. Lent.az-ın məlumatına görə, bu barədə Stokholm Sülh Problemləri İnstitutunun (SİPRİ) bu gün açıqladığı illik hesabatında qeyd olunub.
Regionlar üzrə hərbi xərclərin ən çox artımı 5,8%-lə (63,6 milyard dollar) Cənubi Amerikada qeydə alınıb. Avropa qitəsində isə 2,8% azalma olub. SİPRİ ekspertlərinin araşdırmalarına görə, Cənubi Amerikada hərbi xərclərin artımı bölgə ölkələrindəki iqtisadi inkişafla bilavasitə bağlı olub. SİPRİ ekspertlərinin fikrincə, təxirəsalınmaz sosial tədbirlərə böyük ehtiyacın duyulduğu, lakin müharibə ehtimalının olmadığı Cənubi Amerikada hərbi xərclərin bu cür sürətli artımı başadüşülən deyil. Avropada hərbi büdcələrin ən böyük ixtisarları Mərkəzi və Şərq Avropa ölkələrində, həmçinin büdcə problemləriylə üzləşmiş Yunanıstanda qeydə alınıb.
Ötən il ABŞ-da hərbi xərclər 2,8% (19,6 milyard dollar), Çin isə 4,8% artırıb. Rusiyanın xərclərinin illik artım tempi 1,4% azalıb.
Yaxın Şərqin ölkələrində isə hərbi büdcələr keçən il 2,5% artaraq 111 milyard dollara yüksəlib. Ən yüksək göstərici Səudiyyə Ərəbistanında qeydə alınıb. Afrika qitəsində isə müdafiə xərclər 5,2% artıb. Qara qitədə hərbi sahəyə vəsait ayırmasında liderliyi neft ölkələri olan Əlcəzair, Anqola və Nigeriya edir.
Ümumilikdə 2010-cu ildə dünya ölkələri arasınad hərbi sahəyə ən çox vəsait ayıran dövlətlər siyahısına 698 milyard dollarla ABŞ başçılıq edir. Sonrakı yerlərdə isə Çin (119 milyard dollar), Böyük Britaniya (59,6 milyard dollar), Fransa (59,3 milyard dollar), Rusiya (58,7 milyard dollar), Yaponiya (54,5 milyard dollar), Səudiyyə Ərəbistanı (45,2 milyard dollar), Almaniya (45,2 milyard dollar), Hindistan (41,3 milyard dollar) və İtaliya (37 milyard dollar) qərarlaşıb. Qeyd edək ki, ötən il ilk dəfə olaraq hərbi sahəyə ən çox vəsait ayıran dövlətlərin onluğuna bir müəsəlman dövləti daxil olub.
Rəşad

Oxşar yazılar

İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39