Çarşablı qadınların həbsinə başlandı
0
0
Fransada qüvvəyə minən qanunun ilk qurbanları peyda olub. Lent.az-ın xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, çarşabda aksiya keçirən 19 qadın həbs olunub.
Qeyd edək ki, bu gündən etibarən Fransada qadınların çarşabla gəzməsi qəti qadağandır. Qadağanı pozan qadınlar həbs olunaraq 150 avro cərimə ediləcəklər. Onları çarşabla gəzməyə məcbur edən kişiləri isə 2 ilə qədər həbs və ya 20 min avro cərimə gözləyir.
Bazar ertəsi onlarla qadın Notr-Dam kilsəsinin qarşısına toplaşaraq “dinməz aksiya” keçiriblər. Polis 59 qadını həbs edib. Onlardan 19 nəfəri aksiyaya çarşabda gəlib.
Onlar çarşabda gəzməyin qadağan edilməsi ilə bağlı radikal qanundan narazılıq ediblər. Mitinq zamanı cərimələrin ödənilməsi üçün vəsait toplanması da nəzərdə tutulub.
Bundan əlavə, Parisdə küçədə çarşabla gəzən qadınların həbslərinə da başlanılıb. Məsələn, Avinyonda qatara çarşabla minmək istəyən qadın polis tərəfindən həbs olunub. O, yeni qanunun qüvvəyə minməsi əla bağlı müsahibə verməyə gedirmiş.