Tehran niyyətini gizlədə bilmir - ŞƏRH
0
0
Ona görə də dünya üçün yaratdığı əsas problemlərdən biri, atom-nüvə proqramı ilə bağlı məsələni Qərblə müzakirə etməyə hazır olduğunu bildirib.
«İSNA»nın məlumatına görə, İran hakimiyyətinin BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai deyib ki, ilkin şərt olmadan onlar nüvə proqramına dair məsələni müzakirə etməyə hazırdırlar. O bildirib ki, nüvə silahının yayılmasının yasaqlanması və tərksilah vacib məsələlərdəndir. «İran hesab edir ki, atom silahının qadağan edilməsinə ən yaxşı təminat kütləvi qırğın silahlarının yayılmaması haqda Müqaviləyə istisnasız olaraq, bütün dövlətlərin əməl etməsidir» - deyə, iranlı diplomat söyləyib.
Qeyd edək ki, 14 aylıq fasilədən sonra «altılıq» (Almaniya, ABŞ, Britaniya, Fransa, Çin, Rusiya) ilə İran arasında məlum məsələyə dair danışıqlar 2010-cu ilin dekabrında Cenevrədə keçirildi. Bu danışıqlarda nəticə əldə olunmadı. Sonradan Tehran görüşün Türkiyədə keçirilməsini istədi. İstanbulda keçirilmiş müzakirə də sonucsuz başa çatdı.
O zaman İranın BMT-dəki təmsilçisi Məhəmməd Xəzai İstanbul görüşündə ölkəsinə «hörmətlə və düzgün» yanaşılmasını istədiklərini vurğulamışdı. Amma İstanbul görüşündən sonra nüvə proqramı ilə bağlı İranın ABŞ-la ikitərəfli danışıqlar aparmaq təklifindən imtina etdiyi barədə xəbərlər yayıldı.
Vaşinqton-Tehran formatında danışıqlar keçirilməsini ilk olaraq, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Marqaret Eşton irəli sürüb. O, həm də «altılıq»a sədrlik edir.
AB təmsilçisi İranın nüvə proqramı ilə bağlı danışıqların dayanmasından təəssüfləndiyini gizlətməyərək, demişdi ki, Tehranın «təklifləri qəbuledilməzdir». «Altılıq» nüvə proqramı ilə bağlı İranın mövqeyindən məyus olub. Qərbin vəzifəsi Tehranı atom proqramını davam etdirməyə qoymamaqdır» - deyə, o, bəyan etmişdi.
Xatırladaq ki, İranın nümayəndə heyəti ilkin şərt kimi BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiyaların ləğvini, eləcə də İslam Respublikasının müstəqil şəkildə uranı zənginləşdirmək hüququnun tanınmasını israr etmişdi.
Tehran təmsilçisi «bütün dövlətlər müqaviləyə əməl etməldir» dedikdə ilk növbədə İsrailin nəzərdə tutulduğu istisna edilmir. Bu, həm də İranın atom bombasına oxşar silahının olduğunu ehtimal etməyə əsas verir. Çünki beynəlxalq vasitəçilər Tehrandan atom-nüvə proqramının şəffaflığını istəyir. Hakimiyyət isə çeşidli bəhanələrlə bunu uzadır. Bu baxımdan, M.Xəzainin dediklərindən sətiraltı belə bir nəticə də çıxarmaq olar: «İsrail atom silahını ləğv etsin, biz də öz proqramımızı şəffaf edək».
İsrailin atom silahı varsa da, onun nəzarət altında olduğu istisna olunmur. Ancaq İran hakimiyyətinin fəaliyyəti tam məxfi olduğundan onun nəzarətsiz atom-proqramından ehtiyatlanmağa və şübhələnməyə əsas var.
Tehran hakimiyyəti yalnız Buşəhrdə və Nətənzdə nüvə obyektinin olduğunu bildirirdi. Ancaq bir neçə il öncə ölkənin Qum şəhərində də gizli nüvə obyektinin mövcudluğu aşkarlandı.
Ötən gün isə İran hakimiyyətinə müxalif sayılan Xalq Mücahidlər Təşkilatının sözçüləri Sona Səmsami və Əlirza Cəfərzadə keçirdikləri mətbuat konfransında Tehranın yaxınlığındakı «Taba» zavodunda uranın zənginləşdirilməsində istifadə edilən on minlərlə sentrifuqanın istehsal olunduğunu bildiriblər. Təşkilat sözçüləri İran hökumətinin son 5 ildə “Taba” zavodunda bu işlə gizli şəkildə məşğul olduğunu açıqlayıb.
ABŞ Dövlət Departamentinin sözçüsü isə jurnalistlərlə görüşündə Xalq Mücahidləri Təşkilatının yaydığı məlumat barədə hələlik hər hansı fikir irəli sürə bilməyəcəyini bildirib: “Bu cür informasiyalar həmişə bizim narahatlığımıza səbəb olur”.
Beynəlxalq ictimaiyyət Tehran hakimiyyətindən insan haqlarını pozmamağı, atom-nüvə proqramında şəffaflığa əməl etməyi tələb edir. İran rəhbərliyi isə bu tələblərə əməl etməkdənsə, çeşidli bəhanələr irəli sürməklə məqsəddən yayınmağa çalışır.
Onun belə davranışı ərəb ölkələrində baş verənlərin İrana təsirsiz ötüşmyəcəyini ehtimal etməyə əsas verir.
ABŞ Dövlət Departamenti katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Maykl Pozner bu günlərdə «Radio Svoboda»-ya müsahibəsində deyib: «Ölkədə islahatların keçirilməsi, müxalifət fəallarına qarşı repressiyaların dayanması əlaməti hiss olunmur. ABŞ İranda insan haqlarının vəziyyətini davamlı surətdə izləyir və bu sahədə pozuntuları davamlı olaraq, bəyan edir».
Onun sözlərinə görə, İran hazırda ən ağır dövrlərini yaşamaqdadır, ölkə gəncləri arasında narazılıq artmaqdadır. O, bölgədə baş verənlərin İslam Respublikasına da təsir edəcəyini söyləyib.
M.Poznerin söylədikləri ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı 2010-cu il üçün illik hesabatında da vurğulanıb.
ABŞ-ın müdafiə naziri Robert Geyts isə İran hakimiyyətini Bəhreyndə pozuculuq fəaliyyəti göstərməkdə suçlayıb: «İranın Bəhreyndəki vəziyyətdən istifadə etməyə cəhd göstərməsi ilə bağlı bizdə sübutlar var. Əlimizdə olan məlumatlar onu da deməyə əsas verir ki, onlar başqa yerlərdə də sabitliyi pozmaq üçün fəaliyyət göstərir».
Bu arada ölkənin Kirmanşah şəhərində səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad ABŞ və Qərbə qarşı sərt bəyanatlar səsləndirib.
Onun sözlərinə görə, ABŞ və digər Qərb dövlətlərinin bölgədəki ölkələrə müdaxiləsi “sionist” rejimini qurtarmaq məqsədi daşıyır. «Onlar bu gün İran-ərəb, sünni-şiə müharibəsi salmaq istəyirlər. Məqsədləri isə odur ki, bölgə xalqları və ölkələri arasındakı ixtilafları qızışdırıb onları bir-birinin canına salmaqla sionist rejimini qurtara bilsinlər. Lakin bilin ki, sionist rejimi artıq sona çatır…».
Bu yandan da yəhudi dövlətinin baş naziri Binyamin Netanyahunun təşəbbüsü ilə İsrailin «İrana zərbə endirmək» hazırlığının artırılması istiqamətində işlər fəallaşdırılıb. İsraildə çıxan «Maariv» qəzetinin məlumatına əsasən, bu məsələdə, o, müdafiə naziri Ehud Barakın mütləq dəstəyindən yararlanır. Mənbə onu da qeyd edib ki, ölkənin təhlükəsizlik sisteminin (ordu və xüsusi xidmət) bir çox təmsilçisi «Şərq avantürası»na qarşı çıxır.
Beləliklə, Tehran hakimiyyəti çeşidli gəlişi gözəl bəyanatlarla bölgədə tutduğu pozuculuq fəaliyyətini ört-basdır etməyə çalışsa da, yürütdüyü yanlış və bölgə dövlətlərinə qarşı düşmən siyasətini gizlədə bilmir. Əksinə, Orta Şərqdə vəziyyət gərginləşdikcə bu daha tez üzə çıxır.
Sədrəddin Soltan