Yaponiyada daha bir güclü zəlzələ
0
0
Aprelin 11-də Yaponiyanın şimal-şərqində yeni güclü zəlzələ qeydə alınıb. Lent.az-ın ABŞ-ın Geologiya Xidmətinə istinadən verdiyi məlumata görə, təbii təkanların gücü Rixter cədvəli ilə 7,1 bal təşkil edib.
Zəlzələ Honsü adasında yerli vaxtla saat 18:16-da (Bakı vaxtı ilə saat 13:16-da) baş verib. Təkanlar paytaxt Tokioda da hiss edilib. Sunami təhlükəsinin olduğu açıqlanıb. Bəzi məlumatlara görə, bir metrədək qabarma dalğası artıq İbaraki prefekturasının sahillərinə çatıb. Avropa - Aralıq dənizi Seysmoloji Mərkəzi mütəxəssislərinin məlumatlarına əsasən, episentr İvakidən 31 km qərbdə, İsikavadan isə 11 km cənub-şərqdə 40 km dərinliyində olub. Tələfat və dağıntı haqda hələlik məlumat yoxdur.
Qeyd edək ki, zəlzələ Yaponiyanı düz bir ay öncə təbii hadisənin güclü zərbəsindən sonra dağıdıb. Martın 11-də 9 bal gücündə yeraltı təkanlar və 10 metrdən çox hündürlükdə sunamilər təqribən 27 min insanın həyatına son qoyub. Rəsmi məlumatlarda ölənlərin sayı 13 min 116 nəfər göstərilib. Daha 14 min 377 nəfər isə itkin düşüb. Baxmayaraq ki, onları da sağ tapılma ehtimalı yoxdur. Yeni yeraltı təkanlara 3 saatdan da az vaxt qalmış Yaponiya sakinləri ölənlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Yerli vaxtla saat 14:46-da ölkənin bütün ərazisində 1 dəqiqəlik sükut elan olunub.
11 mart hadisələrindən sonra seysmik vəziyyət olduqca gərgindir. Afterşoklar müntəzəm olaraq Yaponiyanı sarsıdır. Aprelin 7-də axşam saatlarında 7,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin vaxt 5 nəfər ölüb.