Buşehr AES işə düşür
0
0
İranın Buşehr Atom Elektrik Stansiyasının reaktoruna nüvə yanacağı yüklənməyə başlanılıb. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın “Atomstroyeksport” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Qeyd edək ki, bu günlərdə İran parlamentində da rusiyalı mütəxəssislərin AES-dəki işinin öyrənilməsi üçün xüsusi komissiya yaradılıb. İranlı deputatlar rusların öz öhdəliklərini necə yerinə yetirdiyini dəqiqləşdirmək istəyirlər. Prosesi 2 ay müşahidə edəcək komissiya daha sonra parlamentə hesabat verəcək. Əgər hər hansı pozuntu olarsa, bununla bağlı İran məhkəmə orqanlarına müraciət ediləcək.