Kolumbiyada da minlərlə insan küçələrə çıxdı
08 aprel 2011 17:45 (UTC +04:00)

Kolumbiyada da minlərlə insan küçələrə çıxdı

0
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, paytaxt Boqota və ölkənin digər böyük şəhərlərində küçələrə çıxan tələbə və müəllimlər hökumətin həyata keçirməyə çalışdığı universitet islahatına etiraz edib.

Kolumbiya hökuməti bir neçə gün əvvəl dövlət universitetlərində özəl sərmayənin artırılmasını təklif edib. Müəllim və tələbələrə əmək bazarındakı qeyri-sabitlikdən şikayətçi olan işçilər də qoşulublar. Bu aksiyalar Juan Manuel Santos hökumətinin fəaliyyətə başlamasından bu yana ən böyük aksiyalar olub. Polis aksiyaçılara müdaxilə etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 471

Oxşar yazılar