Ərdoğan Liviyaya dair yol xəritəsinin detallarını açıqladı
0
0
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Liviyadakı Türkiyə əleyhinə aksiyaları dəyərləndirən Rəcəb Tayyib Ərdoğan bu nümayişlərin məqsədli və qara piar olduğunu bildirib.
Baş nazir bildirib ki, bölgədə yaşanan insanlıq dramlarına müşahidəçi gözlə baxan və demokratiyanı Liviya xalqına çox görən bəzi güc mərkəzlərinin bu gün haqqı və hüququ müdafiə edən Türkiyəyə qarşı qaralama kampaniyası başlatması üzüntü vericidir: “Bu qaralama kampaniyasının arxasında hansı güc mərkəzlərinin olduğunu bilirik. Bütün bunları diqqətlə izləyirik və məlumat alırıq. Sizlərin də türk qardaşlarınıza yönəlik məqsədli təbliğat fəaliyyətlərinə imkan verməyəcəyinizə ürəkdən inanıram”.
Liviyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayan Rəcəb Tayyib Ərdoğan bu ölkədə xalqın birlik və bərabərlik içərisində olmasının vacibliyini vurğulayıb. Baş nazir Liviyanın gələcəyi üçün bir yol xəritəsi üzərində çalışdıqlarını bildirərək təklif etdikləri planın əsas elementlərini də açıqlayıb.
Türkiyənin hazırladığı yol xəritəsinə görə, Liviyada dərhal atəşkəs təmin olunmalı, Qəddafiyə bağlı hərbi qüvvələr bəzi şəhərlərə tətbiq etdiyi mühasirəni qaldırmalı və şəhərdən çəkilməlidir. İkinci maddəyə görə, heç bir ayrı-seçkiliyə yol verilmədən bütün liviyalılara arası kəsilmədən humanitar yardım axınını təmin edəcək etibarlı bölgələr yaradılmalıdır. Yol xəritəsinin üçüncü maddəsi isə bütün Liviya xalqının legitim mənafelərini diqqətə alan genişmiqyaslı dəyişiklik mərhələsinin başladılmasını nəzərdə tutur.