Yaponiyada daha bir güclü zəlzələ –
08 aprel 2011 10:25 (UTC +04:00)

Yaponiyada daha bir güclü zəlzələ –

Yaponiyada növbəti güclü zəlzələ baş verib. Lent.az-ın “lifenews”ə istinadən verdiyi məlumata görə, təkanların gücü Rixter cədvəli ilə 7,4 bala çatıb.

Zəlzələ axşam saatlarında Miyaqa prefekturasında olub. Hakimiyyət orqanları əvvəlcə sunami təhlükəsi barədə xəbərdarlıq etsələr də, sonradan xəbərdarlıq ləğv edilib.

Təkanların episentri Senday şəhərindən 66 kilometr şərqdə, paytaxt Tokiodan 330 kilometr şimal-şərqdə olub. Amma məsafənin uzaqlığına baxmayaraq, Tokioda evlər silkələnib.

Zəlzələdən dərhal sonra Yaponiyadakı atom elektrik stansiyalarının işi dayandırılıb. Həm qəzalı “Fukusima-1”, həm də “Onaqava” AES-nin personalı dərhal evakuasiya edilib. “Onaqava”da radioaktiv su axması qeydə alınıb. İlkin məlumata görə, söhbət birinci və ikinci reaktorlarda soyuducu maddə sızmasından gedir.

İlkin məlumata görə, zəlzələ nəticəsində 2 nəfər ölüb, 100-dən çox adam yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696

Oxşar yazılar