Obama beynindən əməliyyat olunub?
0
0
“The Escape The Tyranny” adlı mühafizəkar sosial paylaşım saytı ABŞ prezidenti Barak Obamanın gizli beyin əməliyyatı keçirdiyini iddia edib. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, saytın şərhçilərindən Ben Hart ABŞ prezidenti Barak Obamanın sağ profildən çəkilmiş bir şəklinə diqqət çəkərək prezidentin başında görünən izlərin beyin əməliyyatından sonra qalan izlərə bənzədiyini bildirib.
Ben Hart Barak Obamanın gizli beyin əməliyyatı keçirmiş ola biləcəyini yazıb. Prezidentin doğum sertifikatının sirr kimi saxlandığını bildirən Hart saytda “Obama beyin əməliyyatı keçirdimi? Bu, onun düşünməsinə təsir edirmi?” kimi suallar ünvanlayıb.
Ağ Evin yaydığı açıqlamada isə iddiaların gülünc olduğu bildirilib və yazılanların ciddi qəbul olunmaması istənilib.