Rusiya böyük subasma təhlükəsi ilə üzləşdi
07 aprel 2011 13:11 (UTC +04:00)

Rusiya böyük subasma təhlükəsi ilə üzləşdi

0
Rusiyanın 41 regionunda subasma təhlükəsi ilə bağlı fövqəladə vəziyyət yaranıb. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Böhranlı Vəziyyətlərdə Milli İdarəetmə Mərkəzinin rəisi Vladimir Stepanov söyləyib.
Vladimir Stepanov deyib ki, 41 regionda qar əriməsi ilə bağlı çaylarda suyun səviyyəsi sürətlə yüksəlir və kollektor-drenaj sistemi də hazır vəziyyətdə deyil. Ümumiyyətlə, subasma təhlükəsi olan ərazilərdə 942 yaşayış qəsəbəsi, 79 federal yol, 310 dəmiryol sahəsi, 210 körpü var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 604

Oxşar yazılar