Ərdoğan Liviya qiyamçılarının yanına adam göndərdi
0
0
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Liviya ilə bağlı xüsusi nümayəndə təyin etdiyi Ömür Şöləndil qiyamçıların əlində olan Benqazidəki görüşlər keçirir. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Türkiyənin Liviyadakı keçmiş səfiri müxalifətin Benqazidə yaratdığı Milli Şuranın rəhbəri Mustafa Abdulcəlil ilə görüşüb.
Görüşdən sonra qısa açıqlama verən Ömür Şöləndil müzakirələrin son dərəcə müsbət keçdiyini bildirib. Müxalifətə Rəcəb Tayyib Ərdoğanın mesajını çatdırdığını söyləyən Ömür Şöləndil türk xalqının hər zaman dost və qardaş Liviyanın yanında olduğunu vurğulayıb.
Liviya Milli Şurasının sədri Mustafa Abdulcəlil və digər şura üzvlərinin də müzakirələrdə iştirak etdiyini deyən Ömür Şöləndil Liviyaya həftənin ikinci günü gələn “Qızıl Ay” yardım gəmisinin limana yanaşmasına izin verildiyini bildirib. Səfir Türkiyənin Liviyaya yardımlarının davam edəcəyini dilə gətirib.