ABŞ Qəddafiyə vəzifə təklif edir
07 aprel 2011 11:20 (UTC +04:00)

ABŞ Qəddafiyə vəzifə təklif edir

0
Lent.az-ın “CNN” agentliyinə istinadən verdiyi məlumata görə, Qəddafiyə islahatlar və Liviya liderliyini tərk etməsi müqabilində Afrika Birliyinin fəxri rəhbəri postu verilə bilər.

“CNN”in müxbiri Nik Robertson yaxır ki, məlumatı Barak Obama administrasiyasındakı mənbələrdən alıb. Mənbə keçmiş konqresmen Kurt Ueldonun Tripoliyə apardığı təkliflər paketinin detallarını açıqlayıb.

ABŞ Qəddafidən atəşin dayandırılmasını, hökumət qüvvələrinin qiyam qaldıran şəhərlərdən çıxarılmasını və humanitar təşkilatların ölkəyə buraxılmasını tələb edir. Bu zaman qiyamçılar da istənilən hərbi əməliyyatları dayandıracaqlar.

Qəddafi Liviya liderliyindən gedərək, Afrika Birliyinin fəxri sədri postunda əyləşəcək. Ölkəyə rəhbərlik isə baş nazir Bağdadi Əli əl-Mahmudi və müxalifət liderlərinə tapşırılacaq.

Bundan əlavə, amerikalılar, avropalılar, afrikalılar və Yaxın Şərqin digər ölkələrinin təmsilçilərinin iştirakı ilə müstəqil komissiya yaradılacaq. Bu komissiya ölkədə parlament seçkiləri keçirəcək. Seçkilərdə Qəddafinin oğlu Seyf əl-İslam da iştirak edə biləcək.

Robertson onu da yazır ki, paketin qəbul edilməsi şansı çox azdır. Çünki o, nə Qəddafini, nə də qiyamçıları qane etmir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 612

Oxşar yazılar