Obamanın dostu fahişəyə görə həbs olundu - FOTO
07 aprel 2011 10:46 (UTC +04:00)

Obamanın dostu fahişəyə görə həbs olundu - FOTO

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Robert Titkomb fahişələrin xidmətindən istifadə etdiyinə görə tutulub.

Polis əməliyyatı zamanı Titkombdan əlavə daha 4 kişi həbs edilib. O, az sonra 500 dollar girov müqabilində sərbəst buraxılıb.

Hazırda 49 yaşı olan Robert Titkomb Obama ilə bir yerdə məktəbdə oxuyub. Gələcək prezident məktəbi 1979-cu ildə, Titkomb isə 1980-ci ildə bitirib. ABŞ prezidenti Havay adalarına səfər edəndə mütləq Titkomba baş çəkir. Onlar bir yerdə qolf və basketbol oynayır, çimərlikdə çimir və nahar edirlər. Sonuncu dəfə onlar Milad bayramında görüşüblər.

Ağ Ev hələlik Robert Titkombuün həbsinə münasibət bildirməyib. O özü də ittihamlar barədə danışmır. Jurnalistlərin Titkombla əlaqə yaratmaq cəhdi nəticəsiz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar