Liviya qiyamçıları NATO-dan narazıdırlar
06 aprel 2011 19:15 (UTC +04:00)

Liviya qiyamçıları NATO-dan narazıdırlar

0
Liviya qiyamçılarının lideri general Abdel Fatah Yunis NATO-nu bürokratik qarışıqlığa yol verməkdə və BMT-nin mühasirəyə alınmış Misrata şəhərində dinc əhalinin qorunması ilə bağlı mandatını yerinə yetirməməkdə günahlandırıb.


Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Abdel Fatah Yunis deyib ki, Müəmmər Qəddafi qüvvələrinə aivazərbələrin endirilməsi ilə bağlı NATO-ya ünvanlanan xahişlərinin yerinə yetirilməsi bir neçə saat gecikir.


Abdel Fatah Yunis NATO-dan ümidlərini kəsdiklərini bildirib: “NATO bizə təyyarələrimizdən istifadə etməyə icazə vermir, koalisiyanın hava qüvvələri isə çox yavaş hərəkət edir. Bu da Müəmmər Qəddafinin qoşunlarına irəliləməyə və insanları öldürməyə imkan verir. Əgər belə getsə, NATO bizə köməyə gəlməsə, qüvvəsi tükənən müdafiə olunan şəhərlər 1 həftə sonra silahı yerə qoymalı olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 686

Oxşar yazılar