ABŞ-da qeyri-qanuni narkotik vasitə bazarına meksikalılar nəzarət edir
06 aprel 2011 20:46 (UTC +04:00)

ABŞ-da qeyri-qanuni narkotik vasitə bazarına meksikalılar nəzarət edir

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin rəhbəri Mişel Leonxart söyləyib.

O deyib ki, meksikalı narkotacirlər narkotik vasitələrin satış və tədarükünə, o cümoədən çatdırılmasına nəzarəti əllərində cəmləyiblər. Mişel Leonxart qeyd edib ki, ABŞ-dakı narkotacirlər fəaliyyətlərini həyata keçirmək üçün Latın Amerikası, Avropa və Asiyadakı narkotacirlərin rəhbərlərindən məxfi məlumatlar alırlar.

Ekspertlərin hesablamalarına görə, il ərzində Meksikadan ABŞ, Avropa və Asiyaya 40 milyard dollar həcmində narkotik vasitə daşınır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar