Obama “Facebook”da amerikalılarla söhbət edəcək
06 aprel 2011 19:56 (UTC +04:00)

Obama “Facebook”da amerikalılarla söhbət edəcək

0
Lent.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Ev məlumat yayıb.

Barak Obama aprelin 20-də “Facebook” üzərindən iqtisadiyyat barədə amerikalılarla söhbət etmək üçün Kaliforniyaya, “Facebook”un mənzil-qərargahına yollanacaq. Amerikalılarla prezidentin söhbəti “facebook.com/WhiteHouse” və Ağ Evin saytında canlı yayımlanacaq.

“Facebook” şirkətinin qurucusu və rəhbəri Mark Tsukerberq də söhbətdə iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2479

Oxşar yazılar