Ərdoğan Liviya qiyamçılarını əsəbiləşdirib
06 aprel 2011 13:45 (UTC +04:00)

Ərdoğan Liviya qiyamçılarını əsəbiləşdirib

0
Aprelin 5-də Liviyada qiyamçıların nəzarətində olan Benqazi şəhərində 400 nəfərə qədər silahlı Türkiyənin bu şəhərdəki konsulluğuna hücum çəkib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Benqaziyə humanitar yük gətirən Türkiyə gəmisi də hücuma məruz qalıb.

Konsulluq binasını tutmağa cəhd göstərən silahlıları əsəbiləşdirən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Ankaranın Liviyadakı qiyamçıların silahlandırılmasına qarşı çıxması barədə verdiyi bəyanat olub. Konsulluq binasını əhatəyə alan silahlılar Türkiyə əleyhinə şüarlar səsləndirib, konsulluqdakı Türkiyə bayrağının aşağı endirilməsini tələb edib, əks halda bayrağı parçalayacaqlarını bildiriblər.

Olayın böyüməməsi üçün Türkiyə konsulluğuna Liviyada qiyamçıların qurduqları Milli Keçid Şurasının təhlükəsizlik qüvvələri cəlb olunub. Diplomatik missiyanın təhlükəsizliyi gücləndirilib.

Benqaziyə yaxınlaşan humanitar yüklü Türkiyə gəmisi isə lövbərdən açılıb və açıb dənizə istiqamətləndirilib. Baş verənlərlə bağlı Türkiyənin konsulu Əli Davudoğlu Milli Keçid Şurasına etiraz bəyanatı göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 714

Oxşar yazılar