Corc Buş bin Ladeni Ağ Evə dəvət edibmiş
06 aprel 2011 12:33 (UTC +04:00)

Corc Buş bin Ladeni Ağ Evə dəvət edibmiş

0
Corc Buş prezidentlik dövrünün son günündə “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin oğlu Öməri Ağ Evə dəvət edib. Lent.az-ın məlumatına görə, bunu “La Vanguardia” qəzetinə müsahibəsində “əl-Qaidə” liderinin dördüncü oğlu Ömər Bin Laden özü söyləyib.

ABŞ administrasiyasının əməkdaşları 2009-cu ilin yanvarında dəvəti onun Qətərin paytaxtı Dohadakı evinə gətiriblər: “Mənə onlarla Ağ Evə getməyi, atamın tapılmasında kömək edəcəyim təqdirdə müdafiə və kömək təklif etdilər. Mən onlara dedim ki, bunu bacarmaram, Üsamə bin Laden atamdır və mən atamı sevməli, ona hörmət etməliyəm”.

Ömər 10 il ərzində atası ilə əlaqəsi olmadığını da bildirib. O, 2011-ci il 11 sentyabrda baş verən terror aktından bir neçə ay sonra zorakılığa qarşı çıxdığı üçün Əfqanıstanın Tora-Bora dağlarındakı atasını tərk etdiyini dilə gətirib. Hazırda Ömər bin Laden Yaxın Şərqdə sülh elçisi kimi xidmətini təklif edir. Atasının yaşadığı, yoxsa öldüyü barədə suala isə cavab olaraq deyir ki, dəqiq bilmir, ancaq yaşadığını düşünür.

Ağ Evin təmsilçisi isə Ömər Bin Ladenin bəyanatına şərh verə bilməyib, söylənilənlərin öncəki administrasiyanın fəaliyyəti dövrünə aid olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 706

Oxşar yazılar