Kadırovun andiçmə mərasimi keçirildi
05 aprel 2011 18:29 (UTC +04:00)

Kadırovun andiçmə mərasimi keçirildi

0
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Çeçenistan rəhbərinin səlahiyyət müddəti 5 ildir.

Bundan əvvəl Çeçenistanda ən yüksək vəzifə prezident postu olub, ancaq 2011-ci ildən bu, Çeçenistan rəhbəri adı ilə əvəzlənib.

Çeçenistan parlamenti Ramazan Kadırovu Çeçenistan rəhbəri kimi martın 5-də təsdiq edib. Ramazan Kadırovun namizədliyini Rusiya prezidenti Dmitri Medvedev irəli sürüb.

Ramazan Kadırov mərasimdə əlini Rusiya Konstitusiyasına qoyaraq, rus və çeçen dillərində and içib. O, insan və vətəndaş hüquq və azadlıqlarının, Çeçenistanın çoxmillətli xalqının hüquqlarının qorunmasına çalışacağına and içib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 674

Oxşar yazılar