Türkiyə Argentina məhkəməsinin qərarını qınayıb
05 aprel 2011 13:39 (UTC +04:00)

Türkiyə Argentina məhkəməsinin qərarını qınayıb

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, XİN sözçüsü erməni əsilli bir Argentina vətəndaşı tərəfindən 2001-ci ildə qaldırılan iddia əsasında keçirilən və keçən həftə başa çatan məhkəmənin “türk dövlətinin 1915-1923-cü illər arasında erməni xalqına qarşı soyqırım cinayəti törədib” hökmü çıxarmasının əsəblə qarşılandığını bildirib.

O deyib ki, Argentinada bir yerli məhkəmənin hüququn bəşəri prinsiplərini görməməzliyə vuraraq, beynəlxalq müqavilələri yox sayaraq və ya hüquqa zidd şəkildə şərh edərək qəbul etdiyi bu qeyri-ciddi qərarı qınayır və rədd edirik. Nazirlik təmsilçisi bu cür addımların Türkiyə-Ermənistan əlaqələrinin normallaşması, türklərlə ermənilərin keçmişi birlikdə dəyərləndirilməsi və keçmişlə bağlı ədalətli yaddaş formalaşdırılması ilə aralarındakı dostluğu təkrar qurmaları istiqamətindəki səylərə xidmət etmədiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 475

Oxşar yazılar