Medvedev 10 generalı işdən qovdu
05 aprel 2011 12:58 (UTC +04:00)

Medvedev 10 generalı işdən qovdu

Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, işdən çıxarılan generallar arasında Daxili İşlər Nazirliyinin baş inspektorları general-mayor Xurşed Numanov, general-mayor Mixail Slizkov, Daxili İşlər Nazirliyinin operativ axtarış bürosunun rəis müavini, general-mayor Yuriy Borodastov, Ufimsk Hüquq İnstitutunun rəisi, general-mayor Faim Muxametşin, Daxili İşlər Nazirliyinin təşkilati-inspektor departamentinin rəis müavini, general-mayor Leonid Xeylo var.


Bundan əlavə, Daxili İşlər Nazirliyinin Akademiyasının rəis müavini, general-mayor Aleksandr Artmeyev, Rostov Hüquq İnstitutunun rəisi, general-mayor Gennadi Barkovskiy, Çelyabinsk Hüquq İnstitutunun rəisi, general-mayor Vladimir İoqoleviç, Saratov Hüquq İnstitutunun rəisi, general-mayor Valeriy Nazarov, Daxili İşlər Nazirliyinin Moskva Universitetinin rəis müavini, general-mayor Qriqoriy Skripkin də işdən uzaqlaşdırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533

Oxşar yazılar