Qəddafi ortaya çıxdı
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafi martın 20-də paytaxt Tripolidə raket zərbəsinə tuş gələn evindən dünən çıxıb və tərəfdarlarını salamlayıb. Liviyaya qarşı hava əməliyyatlarının başladığı 19 mart tarixindən sonra gözə dəyməyən Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam isə Tripolidə xarici ölkə jurnalistlərinin qaldığı bir oteldə BBC telekanalına müsahibə verdikdən sonra yenə ortadan yox olub.
Liviya hökumətinin sözçüsü Musa İbrahim seçki və ya referendum kimi hər cür siyasi mövzunu müzakirə etməyə hazır olduqlarını, Müəmmər Qəddafinin iqtidardan uzaqlaşdırılması məsələsinin isə müzakirə mövzusu olmayacağını söyləyib: “Qərb Liviya xalqına nə etməsi gərəkdiyini söyləyə bilməz. Məsələn, niyə Qərb ölkələri Müəmmər Qəddafinin hakimiyyətdən getməsi məsələsinə Liviya xalqının qərar verməli olduğunu söyləmir?”
Musa İbrahim İtaliyanın Benqazidəki qiyamçıları tanımasından da üzüldüklərini bildirib.

Oxşar yazılar

Avropada ən çox mobil telefon oğurlanan ölkə
27 iyul 2025 , 12:49
Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı
27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu
26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı
26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu fəaliyyətə başlayır
26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi
26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər öldü
26 iyul 2025 , 09:24