“Əl-Qaidə” Liviya silahlarını oğurlayır
05 aprel 2011 10:29 (UTC +04:00)

“Əl-Qaidə” Liviya silahlarını oğurlayır

0
Lent.az-ın “əl-Ərəbiyyə” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Əlcəzair rəhbərliyindəki yüksək vəzifəli şəxs bildirib.

Onun sözlərinə görə, terror təşkilatı “RPQ-7” qumbara atanlarını, “Kalaşnikov” avtomatları və pulemyotlarını, eləcə də daşına biləcək zenit-raket komplekslərini ələ keçirib. Oğurlanan silahların çoxu sovet istehsalıdır.

Əlcəzairli məmur vurğulayıb ki, silah maşınlarla Çad və Nigerdən keçirilməklə Maliyə aparılıb. Terror təşkilatı Malidə silah anbarı yaradıb.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner də bildirib ki, Liviya silahının “əl-Qaidə”nin əlinə düşməsindən narahatdırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 582

Oxşar yazılar