Tehran Orta Şərqi ələ keçirmək istəyir? - ŞƏRH
0
0
O, bununla həm atom-nüvə proqramını başa çatdırmaq üçün vaxt udur, həm də rejimin ömrünü uzatmağa çalışır.
Hələ 31 il öncə İraqla savaşa başlayanda daxildəki müxalifəti müharibə bəhanəsi ilə susdurmağı, onları məhkəməsiz fizik olaraq, aradan götürməyi bacarmışdı. Odur ki, indi Tehran rejimi xarici istənilən savaşa qol qoymağa hazırdır. Təki özləri yaddan çıxsın.
Ötən gün Küveytdə çıxan «Əs-Siya» qəzeti yazıb ki, körfəzdəki ərəb dövlətləri İran İslam Respublikasının onlara qarşı inqilab planı hazırladığını aşkarlayıblar.
Qəzetin yazdığına əsasən, İran rəhbərliyi körfəz ətrafı ölkələrdə təsirini gücləndirmək planı işləyib. Həmin plana uyğun olaraq, Tehran hakimiyyəti ilk növbədə Bəhreyndə aranı qarışdırıb. Oradakı etiraz aksiyaları başlayandan sonra ərəb dövlətlərinə məxsus televiziyalarda «şiələrin soyqırıma məruz qaldıqları» haqda təəssürat yaradılmalı imiş. Bu haqda ictimai rəyi formalaşdırdıqdan sonra İran «şiələri Bəhreynin qanlı rejimindən qorumaq» ad altında bu ölkəyə ordu yeridəcəkmiş.
Tehranın ilk addımı körfəzdəki Küveytə məxsus adalardan birini İnqilab Keşikçiləri Qvardiyası tərəfindən işğal etmək imiş. Bunun ardınca Bəhreyni mühasirəyə alacaqmış.
«Əs-Siya» qəzetinin yazdığına görə, vaxtında görülən tədbirlər nəticəsində İranın bu planı beynəlxalq səviyyədə və bölgədə uğursuzluğa düçar olub.
Körfəz dövlətləri Şurasına Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Bəhreyn və Oman daxildir.
Şuraya daxil olan dövlətlərin xarici işlər nairləri birgə bəyanat qəbul edərək, İrandan «Küveyt və Bəhreynin daxili işlərinə qarışmasına son verməsini» istəyiblər.
Körfəz dövlətlərinin məsələdə haqlı olduğunu təsdiqləyən çoxsaylı faktlar mövcuddur. Son zamanlar İranın Küveyt və Bəhreyndəki pozuculuq işlərinə nəzər salmaq istərkən ilk növbədə ötən ilin yayında bu ölkələrdə gördüyü casusluq fəaliyyətinin ifşa olunmasını yada salmaq kifayətdir.
«MIGnews»-un məlumatına əsasən, ötən gün Küveyt hakimiyyəti bəyan edib ki, ölkənin təhlükəsizlik xidməti İranın 8 casus şəbəkəsini aşkarlayıb. Casuslar iranlı diplomatlar, eləcə də Küveytdə daimi olaraq yaşayan Livan və Suriya vətəndaşlarıdır. Bu şəbəkə 2003-cü ildən Küveytdə fəaliyyət göstərirmiş və onlar Birləşmiş Ərəb Əmirliyinin ərazisində yerləşən ABŞ hərbi bazaları haqda məlumat toplayırmış.
Küveytin xarici işlər naziri Məhəmməd əs-Sabah üç iranlı diplomatın ölkədən çıxarılması haqda belə deyib: «Yanlarına bir təpik vurub, ölkədən qovmaq lazımdır».
Küveyt Tehrandakı səfirini geri çağırıb. Ötən həftə İslam Respublikasının xeyrinə casusluğa görə iki iranlı və bir küveytli barəsində edam hökmü çıxarılıb.
İran hakimiyyətinin təmsilçiləri yenə də Küveytdə «İranın casus şəbəkəsinin olmadığını» bildiriblər.
Bəhreynin xarici işlər naziri Xalid bin əl-Xəlifə ölkədəki pozuculuqda “Hizbullah”ın da əlinin olduğunu bildirib. Onun sözlərinə görə, onlar İranla birbaşa əlaqə saxlayıb və Tehrandan krallığa qarşı hücumu dayandırmağı tələb ediblər.
Ötən gün Bəhreynin İran və Livanla telefon əlaqəsini kəsdiyi haqda da məlumat yayılıb. Bir müddət öncə bu ölkədən Livana, İrana və İraqa hava uçuşu dayandırılıb.
ABŞ prezidenti Barak Obamanın təhlükəsizlik məsələlri üzrə keçmiş müşaviri Cim Cons CNN və ABC telekanalındakı çıxışında bildirib ki, İran hakimiyyəti yaranmış vəziyyətdən istifadə edərək, nüvə proqramını inkişaf etdirməyə və ərəb dövlətlərinə təsirini gücləndirməyə çalışır: «İslam Respublikası Yaxın Şərqdəki xaosu yalnız alqışlaya bilər».
Martın 21-də Türkiyə hərbi hava limanlarından birinə məcburi endirilən İran təyyarəsi haqda BMT Təhlükəsizlik Şurasında hesabat verilib.
Hesabatda bildirilib ki, təyyarədəki yük «avtomobil üçün ehtiyat hissələri» adı altında sənədləşdirilib.
«YasAir Cargo Airlines» hava şirkətinə məxsus təyyarə Tehrandan Suriyaya uçurmuş. Yoxlama zamanı təyyarədə yasaqlanmış «hərbi təyinatlı yük» - 60 ədəd «AK-47» markalı “Kalaşnikov” avtomatı, 14 ədəd «BKC/Bixi» tipli pulemyot, avtomat və pulemyot üçün 8 min sursat, 60 mm çaplı üçün 560 və 120 mm çaplıya isə 1288 ədəd minaatan sursat.
Hesabatda bildirilib ki, sadalananlar hazırda Türkiyənin Diyarbəkir şəhərindəki hərbi anbarda saxlanılır. Mütəxəssislərin qənaətincə, bu yüklərin son mənzilinin Suriya olacağı bəlli deyil, ola bilsin, başqa bölgəyə göndəriləcəkmiş.
«Təyyarə heyəti Diyarbəkirdə dövlət ittihamçısı tərəfindən sorğu-sual edilib. Onlar təyyarədə yasaqlanmış yük daşıdıqlarından xəbərsizdirlər, eləcə də yükü göndərənin və qəbul edənin kimliyini də bilmirlər» - deyə, hesabatda bildirilib.
Göründüyü kimi, Tehran hakimiyyəti ömrünü uzatmaq və islam adı altında rejimlər yaratmaq üçün bütöv bir bölgənin, Orta Şərqin qan içində boğulmasından belə imtina etməz. Bunu onun həmin ərazidəki 32 illik fəaliyyəti də təsdiqləyir. Bununla o, çox gülünc bir iddiada ilə çıxışı etdiyini gizlətmir: Orta Şərqdə hakim olmaq...
Bax, belə…
Sədrəddin Soltan