Həyatı boyunca 8 divan və 5 kreslo yeyən qadın –
05 aprel 2011 04:01 (UTC +04:00)

Həyatı boyunca 8 divan və 5 kreslo yeyən qadın –

Lent.az-ın “lifenews”ə istinadən verdiyi məlumata görə, o, divan, kreslo, yastıq, adeyal, rezin xalçaları iştaha ilə yeyir.

Şokolad, çips və digər qida məhsulları əvəzinə, gənc ananın ev əşyalarına iştahası yaranıb. O, müntəzəm olaraq xalça və sellofan paketləri yeyir. Amma Adelə divanlar xüsusilə xoş gəlir.

Adel divanın içini yemədən və ya balışın qırağını dişləmədən bir gün belə yaşaya bilmir. Bədbəxt qadın artıq həyatı boyunca 8 divan və 5 kreslo yeyib.

Adel Edvards dəfələrlə həkimlərə müraciət edib. Onlar bildiriblər ki, qeyri-adi iştaha onu öldürə bilər. Amma Adel etiraf edir ki, iştahasının öhdəsindən gələ bilmir.

Həkimlər qadının ciddi qida pozuntusundan əziyyət çəkdiyini vurğulayırlar. Onun bu xəstəliyi tibdə Pika “işçi” adı ilə məşhurdur. Bu zaman pasientdə ciddi aclıq və qeyri-ərzaq mallarını yemək hissi yaranır.

Son vaxtlar Adeli bir neçə dəfə “təcili yardım”da xəstəxanaya aparıblar və mədəsindəki divan qalıqlarını çıxarıblar. Həkimlər yenə də onu zəhərli əşyaları yeməməyə çağırırlar.

Adel deyir: “İlk dəfə yastıq dadanda, 10 yaşım vardı. Mən əvvəlcə onu sadəcə sovururdum – axı uşaqlar hər zir-zibili ağızlarına aparırlar. Sonra isə bunu normal hadisə kimi qəbul etməyə başladım. Yumşaq mebeli parçalayıb, içini yeyirdim. Qəribə olsa da, divanın içindəki yumşaq maddə mənə şəkər kimi gəlir”.

Adelin oğlan dostu 5 yaşlı uşaqlarını tək böyütdüyündən əziyyət çəkir və özünü güclə saxlayır: “Mən başa düşürəm ki, onu itirirəm. Bu “narkomanlıq” bizim ailəmizi də, onun özünü də öldürür. İnanın – uşağıma “Sənin anan divan yeməkdən öldü” demək istəmirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1192

Oxşar yazılar