Banqladeşdə şəriət davası: 100 yaralı
04 aprel 2011 18:35 (UTC +04:00)

Banqladeşdə şəriət davası: 100 yaralı

0
Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları hakimiyyətdən ölkədə şəriət qanunlarını tətbiq etməyi tələb ediblər.

Eyni zamanda qadınlara kişilərlə bərabər sosial və iqtisadi hüquqlar verilməsindən imtina etmək tələb olunub. Aksiyaçılar paytaxtın müxtəlif rayonlarında nəqliyyatın hərəkətini iflic duruma salıb, Dəkkəni Çittaqonq limanı ilə bağlayan yolu kəsiblər.

Hökumət paytaxta əlavə polis və təhlükəsizlik qüvvələri cəlb edib. Aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qaz bombalarından və rezin güllələrdən istifadə edilib. 100 nəfərə yaxın insan yaralanıb, 10 aksiya iştirakçısı saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 562

Oxşar yazılar