Müəmmər Qəddafiyə növbəti zərbə
İtaliya da birmənalı olaraq, Liviya prezidenti Müəmmər Qəddafini “qara siyahı”ya salıb. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Fransa və Qətərdən sonra İtaliya Liviya müxalifətini legitim tərəf müqabili olaraq qəbul etdiyini açıqlayıb.
Liviyada isə prezident Müəmmər Qəddafi tərəfdarları ilə əleyhdarları arasında qanlı toqquşmalar davam edir. Misurata və Breqa kimi neft mənbələri ilə zəngin olan kritik şəhərlər uğrunda mübarizədə üstünlük tez-tez dəyişir. NATO-nun ölkədə həyata keçirdiyi hava əməliyyatı istənilən nəticəni vermir. ABŞ hava əməliyyatında iştirakdan çəkildiyini, ancaq NATO tələb edərsə və Senat təsdiqləyərsə, yenidən əməliyyatda iştirak edə biləcəyini bəyan edib.
NATO isə 90 ABŞ təyyarəsinin əvəzinə digər müttəfiqlərə məxsus təyyarələri alacağını və əməliyyatın fasiləsiz davam edəcəyini açıqlayıb.

Oxşar yazılar

"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu
14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA: ölənlər var
14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər xlordan zəhərləndi
13 iyul 2025 , 22:47
Londonda təyyarə qəzaya uğradı
13 iyul 2025 , 22:16
İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09