Əlac kağıza qaldı...
04 aprel 2011 16:53 (UTC +04:00)

Əlac kağıza qaldı...

0
Yaponiyada qəzalı vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) ikinci reaktorundan çıxan çirkli, radioaktiv suların toplandığı beton hovuzda yaranan çatı qapatmaq üçün çalışmalar davam edir. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, çatı betonla qapamaq səyləri nəticə vermədiyi üçün hovuza gələn boruların qapadılmasına qərar verilib.

Bunun üçün də qəzet kağızı və taxta qırıntılarının qarışdırıldığı plastik kütlə borulara tökülməyə başlanılıb. Çalışmaları koordinasiya edən Hidehiko Nishiyama dünən günortadan sonra boruları doldurmağa başladıqlarını, lakin hələ axan suyun həcmində bir azalma müşahidə olunmadığını söyləyib.

AES-in operatoru olan “Tokyo Electric Power” (TEPCO) şirkətinin sözçüsü isə reaktorların soyudulmasında istifadə edilən suların okeana axıdılacağını açıqlayıb. Söhbət 11 min 500 ton suyun Sakit okeana axıdılmasından gedir. Şirkətin rəsmisi sudakı radiasiyanın aşağı səviyyədə olduğunu dilə gətirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 534

Oxşar yazılar