NATO “Quran”ın yandırılmasını qınadı
04 aprel 2011 16:41 (UTC +04:00)

NATO “Quran”ın yandırılmasını qınadı

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Əfqanıstandakı NATO qüvvələrinin komandanı, general Devid Petrus və NATO rəsmisi Mark Sedvill radikal baxışları ilə tanınan keşiş Terri Consun hərəkətinin yolverilməz olduğunu bəyan ediblər.

General Petrus yaydığı yazılı açıqlamasında qeyd edib ki, bu, nifrətə layiq və qəbul edilməz bir aksiyadır, böyük hörmətsizlikdir: “Bu davranışı ən sərt şəkildə qınayırıq”.

NATO-nun mülki təmsilçisi Mark Sedvill isə vurğulayıb ki, bu, yalnız müsəlmanların deyil, bütün insanların inanclarına sayğısızlıqdır.

Qeyd edək ki, “Quran” yandırma aksiyasından sonra Əfqanıstanda başlayan etirazlar nəticəsində bu günə qədər 120 nəfərin öldüyü bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1182

Oxşar yazılar