Ərəb ölkələri İranı günahlandırdılar
0
0
Körfəz Ərəb Ölkələri Əməkdaşlıq Şurası İranı Bəhreyndə iqtidar əleyhinə etiraz aksiyalarına dəstək verməkdə ittiham edib. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Şuranın Ər-Riyadda keçirilən toplantısında iştirakçı ölkələr İranın Körfəz ölkələrinin daxili işlərinə qarışdığını bəyan ediblər.
Körfəz Əməkdaşlıq Şurası üzvləri eyni zamanda İranı ərəb ölkələrinin milli təhlükəsizliyinə zərbə vurmaq məqsədilə separat danışıqlar aparmaqda suçlayıblar. Toplantıda İranın Bəhreyndə sünni iqtidara qarşı şiələri qızışdırdığı bildirilib. Şura üzvləri İranın Bəhreyndən əlavə Küveytdə də güclü casus şəbəkəsi qurduğunu və bu ölkəni də qarışdırmağa çalışdığını qeyd ediblər.