Qəddafinin oğulları atalarını devirmək üçün plan hazırlayıblar
04 aprel 2011 12:53 (UTC +04:00)

Qəddafinin oğulları atalarını devirmək üçün plan hazırlayıblar

0
Liviya lideri Müəmmər Qəddafinin oğulları atalarının hakimiyyətdən uzaqlaşdırılması və demokratik islahatlara keçidlə bağlı plan üzərində işləyirlər. Lent.az-ın “The New York Times” qəzetinə istinadən verdiyi məlumata görə, çevriliş planının müəllifləri Seyf əl-İslam və Sədi əl-Qəddafidir.

İndiyə qədər Seyf əl-İslam birmənalı olaraq atasını müdafiə edib. Keçmişdə peşəkar futbolçu olmuş Sədi əl-Qəddafi isə Liviyanın xüsusi qüvvələrinin komandanıdır. Hər iki şəxs buna qədər Müəmmər Qəddafinin gedişindən sonra prezident postuna əsas iddialı şəxslər olub.

Müəmmər Qədfafinin oğullarının planında konkret nələrin yer aldığı dəqiqləşdirilmir. “The New York Times” qəzetinin yazdıqlarını az əvvəl Seyf əl-İslamın köməkçisi Məhəmməd İsmayılı Londona göndərməsi də bir növ təsdiqləyir. Böyük Britaniya diplomatları bildiriblər ki, həmin plana əsasən Liviyada hakimiyyətə Seyf əl-İslam gəlməli, daha sonra ölkədə demokratik islahatlar keçirilməlidir.

Xatırladaq ki, Müəmmər Qəddafinin 7 oğlu var. Onlar Liviya hakimiyyət orqanlarında və silahlı qüvvələrin rəhbərliyində yer alıblar. Seyf əl-İslam onların içərisində ən qərbyönümlü siyasətçi kimi qəbul olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 773

Oxşar yazılar