İsrail hərbi kəşfiyyatı: «İran Suriyada baş verənlərdən rahatsızdır»
04 aprel 2011 10:28 (UTC +04:00)

İsrail hərbi kəşfiyyatı: «İran Suriyada baş verənlərdən rahatsızdır»

Lent.az-ın «MIGnews»-a istinadən məlumatına görə, yaxın iki gün ərzində baş nazir yeni kabineti elan edəcək.

Xatırladaq ki, martın 29-da ölkədəki qarışıqlığın qarşısını almaq məqsədi ilə B.Əsəd Məhəmməd Nəci əl-Əttari və onun başçılıq etdiyi kabineti istefaya göndərib.

Bu arada, İsrail hərbi kəşfiyyatının (AMAN) başçısı general-mayor Aviv Kohavi hökumətin iclasında Yaxın Şərqdəki vəziyyətlə bağlı çıxış edib.

O, mütəxəssislərə istinadən bildirib ki, «ərəb dövlətlərinə bahar» bir neçə səbəb üzündən gəlib: «Sosial-iqtisadi problemin artması; gənclərin sayının çoxalması; onların qərbdəki vəziyyətdən xəbərdar olması; orta sosial təbəqənin yoxa çıxması; çanaq antenlərindən istifadənin sürətlə genişlənməsi; internet və sosial şəbəkələrdən istifadənin aratması; diktator və təhlükəsizlik orqanlarından qorxunun azalması».

General bildirib ki, inqilabın uğuru qonşu dövlətlərdə «domino effekti» verib.

«İran və başqa ekstremist qüvvələr Suriyada baş verənləri diqqətlə izləyirlər. Tehran ehtiyat edir ki, demokratiya tərəfdarları bu, «şər oxunu» yerindən qoparar. Dini-siyasi mahiyyəti ucbatından İran Qərbi özünə başlıca rəqib sayır. Nüvə proqramını inkişaf etdirən Tehran bundan qarşıdurma, eləcə də İslam Respublikasını bölgədə hegemon dövlət etmək üçün alət kimi istifadə edir» - deyə, AMAN-ın başçısı söyləyib.

Onun sözlərinə görə, sanksiyalara baxmayaraq, İran hakimiyyəti öz təsirin artırmaqdadır: «Tehran silah və pulu öz müttəfiqlərinə sərbəst şəkildə çatdırır, onları təlimatçılarla təmin edir».

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 422

Oxşar yazılar