Dərman seksual asılılıq yaratdı
02 aprel 2011 10:28 (UTC +04:00)

Dərman seksual asılılıq yaratdı

0
Lent.az-ın “7sur7.be” saytına istinadla xəbərinə görə, parkinson xəstəliyindən əziyyət çəkən pasient dərman istehsal edən “Glaxo SmithKline” (GSK) şirkətini məhkəməyə verərək ondan 500 000 avro təzminat istəyib.

Xəstənin iddiasına görə, o, firmanın istehsal etdiyi “Requip” adlı dərmandan 2003-2005-ci illərdə istifadə edib. Səhhətində bir müddət yaxşılaşma olsa da, sonradan onda hiperseksuallıq və oyuna həvəs yaranıb. İstehsalçı isə dərmanın yan təsirlərini qutunun üzərində qeyd etməyib.

Fransa həkimlərinin dediyinə görə, parkinson xəstəliyində istifadə edilən dərmanlar əqli və seksual pozğunluqlar, yersiz hərəkətlərə və lüzumsuz alış-verişə meyllilik yarada bilər.

Vüqar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 713

Oxşar yazılar