Suriyada cümə atəşi
01 aprel 2011 18:31 (UTC +04:00)

Suriyada cümə atəşi

0
Bu gün cümə namazından sonra Suriyanın müxtəlif şəhərlərində küçələrə axışan hökumət əleyhdarlarını dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edir. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, paytaxt Dəməşqlə bərabər, Doma, Lazkiye və Banyas şəhərində küçələrə çıxan müxaliflər hakim BƏƏS Partiyası əleyhinə şüarlar səsləndirib, azadlıq tələblərini dilə gətiriblər.

Suriyada ilk aksiyaların başladığı və 100-dən çox insanın öldürüldüyü Deraa şəhərində də cümə namazından sonra böyük aksiya keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 618

Oxşar yazılar