Liviyada qiyamçılar atəşkəsdən danışmağa başladılar
0
0
Bu vaxta qədər Liviyada prezident Müəmmər Qəddafi ilə bir araya gəlməyi yolverilməz sayan qiyamçılar artıq atəşi dayandırmağın mümkünlüyündən danışmağa başlayıblar. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Milli Keçid Şurasının rəhbəri Mustafa Abdel Cəlil bu gün Benqazidə bəyan edib ki, Liviya müxalifəti atəşi dayandırmağa hazırdır.
Mustafa Abdel Cəlil deyib ki, bunun üçün qarşı tərəfin bir neçə şərti yerinə yetirməsi lazımdır. Bu şərtlərə gəlincə, o vurğulayıb ki, hökumət qoşunları Liviyanın qərbindəki şəhərlərdən çəkilməli, bu şəhərlərdə yaşayan insanlar öz baxışlarını ortaya qoymaq imkanı əldə etməli, Müəmmər Qəddafinin dəvət etdiyi muzdlu döyüşçülər ölkədən çıxmalıdırlar: “Biz bu şərtlərdə barışığa etiraz etmirik”
Bununla belə, Mustafa Abdel Cəlil hərbi əməliyyatların davam etməsi halında onlara hökumət qoşunları ilə bərabər səviyyədə mübarizə aparmaq üçün yeni silahlar lazım olacağını da dilə gətirib.