Tehranın atom-nüvə proqramı bəlası
01 aprel 2011 23:01 (UTC +04:00)

Tehranın atom-nüvə proqramı bəlası

0
Ötən gün ABŞ Belorusun “Belorusneft” şirkətinə BMT-nin bəlli yasaqlarını pozaraq İslam Respublikası ilə müqavilə imzaladığına görə, sanksiya tətbiq edib.

Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib ki, bunun üçün təmsil etdiyi qurumun hər cür əsası var. Belə ki, “Belorusneft” 2007-ci ildə İranın neft şirkəti ilə 500 milyon dollarlıq sövdələşmə imzalayıb. Həmin vaxt sanksiya həddi 20 milyon dollar idi.

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən məlumatına görə, Belorus tərəfi bu yasağı qanunauyğun saymır.

Ölkə Xarici İşlər Nazirliyinin mətbuat katibi Andrey Savinıx məsələyə münasibət bildirərək, deyib: “Birtərəfli sanksiya məhsuldar olmadığından ikitərəfli münasibətlərə zərbə vuracaq”.

Sanksiyaya əsasən, ABŞ bazarında “Belorusneft”in fəaliyyət göstərmək imkanı məhdudlaşdırılıb, kredit üçün “İdxal-ixarcat” bankına şirkətin müraciət etməsi qadağan olunub, 12 ay ərzində ABŞ ərazisindəki kommersiya banklarından 10 milyon dollar həcmində kredit ala bilər, eləcə də şirkət Amerika hakimiyyəti ilə müqavilə icraçısı sifətində iştirak edə bilməz və s.

Xatırladaq ki, Tehranın dostları sırasında Belarus və Venesuelanın adı hallanır.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 633

Oxşar yazılar