Hindistan əhalisi son 10 ildə 181 milyon nəfər artıb
Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu, əhalinin saya alınması zamanı məlum olub.
Beləliklə, hazırda Hindistanda dünya əhalisinin 17 faizi yaşayır. Son 10 ildə ölkədə əhalinin artım səviyyəsi azalıb. Əgər bundan əvvəlki 10 ildə əhalinin artım səviyyəsi 21,5 faiz olubsa, son 10 ildə artım səviyyəsi 17,6 faizə düşüb.
Hindistan əhalisinin sayına görə dünyada Çindən sonra ikinci yer tutur. 2010-cu ildə Çin əhalisi 1 milyard 340 milyon nəfər olub. Bir çox ekspertlər hesab edirlər ki, zaman keçdikcə Hindistan əhalisinə görə Çini qabaqlayaraq birinci yeri tutacaq.
Son 10 ildə dünyada əhalisinin sayına görə üçüncü yerdə olan ABŞ-da isə artım 27 milyon nəfərdən çox olub. Hazırda ABŞ-da 313 milyon nəfər yaşayır. Dünyada əhalisinin sayına görə doqquzuncu yerdə olan Rusiyada əks proses gedir. Ölkə əhalisi 2002-ci illə müqayisədə 2,2 milyon nəfər azalıb.

795