Misir və İran 15 illik küsülülüyə son qoyur
Lent.az-ın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, Əli Əkbər Salehi deyib ki, İran və Misir arasında mehriban münasibətlər regionda stabilliyin təmin olunmasına kömək edəcək.
Qeyd edək ki, 15 ildir, İran və Misir arasında münasibətlər yoxdur. Ötən dövr ərzində Misirin sabiq prezidenti Tehranın münasibətlərin bərpası istiqamətindəki bütün səylərinə mənfi yanaşıb. Misirin yeni hakimiyyəti isə İranla münasibətlərin qurulması yönündəki marağını martın 29-da ortaya qoyub. Misirin xarici işlər naziri Nabil-əl-Ərəbi deyib ki, ölkəsi İranla münasibətləri bərpa etməyə və tarixdə yeni səhifə açmağa hazırdır.

547